Qarabağ Zəfəri sumqayıtlı rəssamların əsərlərində

44 günlük Vətən müharibəsi zamanı əldə olunan Zəfərin yaratdığı Qələbə ovqatı, fəxarət və qürur hissi Sumqayıt rəssamlarının əsərlərində də özünü göstərir. Bəli, dünya durduqca xalqlar, dövlətlər arasında müharibə, hərbi münaqişələr olur və burada hər iki tərəf üçün ümumi cəhətlər var - itkilər, məhrumiyyətlər və onlardan doğan sosial-mənəvi problemlər. Zəfər isə yalnız qalib xalqın alnına və birdəfəlik yazılır.
Məlum COVID-19 pandemiyasının yaratdığı psixoloji vəziyyət, sosial məhdudiyyətlər rəssamların tariximizin bu zəfər və şərəf səhifəsini tabloya köçürmək həvəsinə təsir etməyib, onları ruhdan salmayıb. Artıq bir çox əsərlər hazır vəziyyətdə ziyarətçisini gözləyir.
Sumqayit.tv AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevin şəhərdə çalışan bir qrup rəssamla görüşdə səslənib.
Sumqayıt Dövlət Rəsm Qalereyasında reallaşan görüşdə Azərbaycan çağdaş təsviri sənətinin inkişafı, rəssamların zəfər sərgisinə hazırlıq vəziyyəti, onların yaradıcılıq axtarışları, üslub özəllikləri, orijinal ideyalarını sənət sevənlərə təqdim etmək, ictimaiyyətlə əməkdaşlığı daha da genişləndirmək məsələləri geniş müzakirə olunub. Maraq doğuran ideyalar, təkliflər diqqətə alınıb. Rəssamların aktiv məşğulluğu, daimi iş yeri ilə təminatı gündəmə gəlib. Belə ki, mədəniyyət evlərində rəssamlıq dərnəklərinin açılışı və peşəkar rəssamların bu işə cəlb olunması həlli vacib məsələ kimi qeyd olunub.
Zəfər sərgisinə hazırlıq məsələsi görüşün leytmotivi kimi təkrarlanıb. Ermənistanın işğalçılıq siyasətini və faşizm ideologiyasını lənətləyən rəssamlar rəşadətli Qələbə günlərini xatırlayaraq bundan sonrakı yaradıcılığını zəfər mövzusuna həsr etmək niyyətini bildiriblər.
Müzəffər Ali Baş Komandanın, yenilməz Ordumuz, xalqımızın Vətənə və torpağa bağlılığı, milli maraq, dövlətçiliyi qorunması din və dil birliyimizin müqəddəs Qələbəmizdə oynadığı böyük rol kimi mövzuların rəssamların əsərlərində əksini tapacağı bildirilib

17-07-2021, 11:08 147

Digər xəbərlər

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb - FOTO

Sumqayıtda sosial aksiya keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Bu məktəblərin şagirdləri 300 bal topladı - 39 nəfərin SİYAHISI

"Sumqayıt"dan bunu gözləmək düzgün deyil” - Aslan Kərimovdan etiraz

Vardanyanın iqtisadi cinayətkar şəbəkəsi BELƏ İFŞA EDİLDİ - ŞOK FAKTLAR

Üç ayın iqtisadi yekunları nə vəd edir - proqnoz

Jirinovskinin öncəgörənliyinin sirri

Qərbdə hazırlanan hesabat Ermənistanı qarışdırdı: Paşinyanla bağlı nə baş verir?

Bu gün Sumqaylt məhkəməsində narkotaciri xəncərlə öldürən şəxsin işinə baxılacaq

Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı günü” keçirilib-Foto

Bu gün Sumqayıtın bu ərazilərində su olmayacaq

Haqqıxlı kənd icmasının gəncləri toplaşdı-Foto

Sumqayıt Tibb mərkəzinə direktor müavinitəyin edilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçiriləcək

“Qurd dərəsi” yaşayan dayısının evindən 90 min oğurlayıb, qumarda uduzdu - FOTO

Sumqayıtda “Şəhid Əhməd – Oğluma məktub” filminin təqdimatı keçirildi - FOTOLAR

Sumqayıt Dövlət Dram teatrının aktyor- vəfat etdi-FOTO

Sumqayıtda tanınmış alman dili müəllimi vəfat etdi - FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz... - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 834
Bu gün, 19:30
Bu gün, 16:53
Bu gün, 16:51
Bu gün, 13:35
Bu gün, 13:28
Bu gün, 11:42
Bu gün, 11:40
Bu gün, 11:34
Bu gün, 11:25
Bu gün, 11:11
Bu gün, 11:07
Bu gün, 09:35
Dünən, 19:59
Dünən, 19:20
Dünən, 19:19
Dünən, 16:05
Dünən, 15:50
12-04-2024, 20:01
12-04-2024, 16:45
12-04-2024, 16:29
12-04-2024, 15:40
12-04-2024, 15:29
12-04-2024, 15:25
12-04-2024, 15:19
11-04-2024, 16:16
11-04-2024, 10:39
10-04-2024, 16:43
9-04-2024, 15:55
9-04-2024, 15:50
9-04-2024, 15:46
9-04-2024, 15:17
9-04-2024, 14:57
9-04-2024, 14:50
9-04-2024, 14:46
9-04-2024, 14:44
9-04-2024, 14:43
9-04-2024, 14:27
9-04-2024, 14:26
9-04-2024, 11:32
9-04-2024, 11:16
1 2 3 4 5 6 7 8 9 10 ... 834