Şevçenko: " Ermənistan bilərəkdən Putinin nüfuzuna zərbə endirir"

Ermənistan-Azərbaycan sərhədindəki mövcud vəziyyət təkcə Azərbaycanın Ermənistan tərəfindən təxribata çəkilməsi deyil, həm də Azərbaycan, Rusiya və Türkiyə dövlət başçıları tərəfindən yaradılmış və Ermənistanın baş naziri tərəfindən təsdiq edilmiş platformanın pozulması deməkdir.

Sumqayit.tv-in məlumatına görə bunu Report-a rusiyalı politoloq, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.
Onun fikrincə, Ermənistanın daxilində olan və bilərəkdən bu təxribatları təşkil edən qüvvələr sülh razılaşmasının qarantı olan Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna və şəxsiyyətinə zərbə endirirlər:
“Ermənistana cavabdeh olan Rusiya Ermənistan tərəfinin xalqlar arasında sülhə aparan razılaşmalara riayət etməsinə nəzarət edə bilmir. Ermənistan cəmiyyətinin daxilində olan təxribatçılar bilərəkdən Vladimir Putinin nüfuzuna xələl yetirməyə çalışırlar”.
Politoloq qeyd edib ki, sülh prosesinin inkişafına aparan bütün bəyanatlar şübhəsiz ki, müsbət xarakter daşıyır və ölkələr arasında gələcək əməkdaşlıq üçün gərəklidir:
“Düşünürəm ki, Ermənistan cəmiyyətindəki ağıllı qüvvələr qalib gələcəklər. Oliqarxların öz oyunlarını oynaması və bu yolla pul qazanması üçün erməni xalqı müharibə adlı sallaqxanaya göndərildi. Milli maraqlar insanlar üzərində kommersiya və manipulyativ idarəetmə üsulundan üstün olmalıdır. Keçmişi unudub gələcək naminə çalışmaq lazımdır. Ermənistan qonşuları ilə sülh əldə edib düşmənçilikdən əməkdaşlığa keçərsə erməni xalqı sadəcə normal yaşamağa başlayacaq”.
Şevçenko həmçinin Azərbaycanı sülh prosesi üzərində işləməkdə davam etməyə çağırıb:
“Azərbaycan xalqı xeyirxah, igid və güclü xalqdır. O, Ermənistanla dinc münasibətlərin qurulmasına töhfə verməkdə davam etməlidir. Heç kim Ermənistanın daxilində sülhün olmasında Azərbaycan qədər maraqlı deyil”.
Xatırladaq ki, iyulun 15-i gecə radələrində müvəqqəti olaraq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun Şuşa şəhəri ətrafında yerləşən mövqelərini atıcı silahlardan atəşə tutublar

15-07-2021, 17:51 135

Digər xəbərlər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
27-03-2024, 12:40
27-03-2024, 12:38
27-03-2024, 11:19
27-03-2024, 11:08
27-03-2024, 11:05
27-03-2024, 11:03
27-03-2024, 11:02
27-03-2024, 09:55
27-03-2024, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 826