Sülhəddin Əkbər. "Paşinyanin qərbmeyilli olması Azərbaycanın maraqlarına uyğundur"


“Bizim müvafiq qurumlar psixoloji savaşı elə qurmalıdır ki,  Ermənistan daim səksəkədə  olsun və ermənilər bütün partiyalardan, onların liderlərindən şübhələnsinlər...” 
“Kimisə - hansısa dövlət, hökumət adamını hansısa ölkənin agenti olmasında suçlamaq üçün əldə tutarlı əsaslar, sənədlər olmalıdır.  Əlimizdə heç bir tutarlı fakt, sənəd olmadığı halda isə şübhələndiyimiz hər hansı bir siyasətçinin, dövlət başçısının, nazirin və s. yalnız siyasi yönü haqda fikir söyləmək olar”.  
Sumqayit.tv bildirir ki, bu fikirləri Moderator.az-a açıqlamasında  keçmiş təhlükəsizlik əməkdaşı, ləğv olunmuş Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər hazırda Ermənistan baş naziri vəzifəsini icra edən Nikol  Paşinyanın guya elə Rusiyanın özünün gizli agenti olması haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib: 
“Mən Paşinyanın Rusiyayönümlü olduğunu düşünənlərdən deyiləm. Daha çox o fikirdəyəm ki, Paşinyan Qərbyönümlüdür.  Və bu da bizim - Azərbaycanın maraqlarına uyğundur. Çünki belə olduğu halda Ermənistan qismən də olsa, əsas müttəfiqinin birinin dəstəyini itirir. Təsəvvür edin ki, seçkilərdə Xocalı canisi, Ermənistanın eks-prezidenti Robert Köçəryan qalib gələydi və indi baş nazir o, olardı. Putinin dostu... Təbii ki, hazırkı  variant bizim üçün ən əlverişli variantdır. Yeri gəlmişkən, qeyd edim ki, savaşın əsas tərəflərindən biri kəşfiyyat savaşıdır. Bu baxımdan  əslində Azərbaycan kəşfiyyatı elə bir gücə sahib olmalıdır ki, Ermənistanda istədiyi partiyanı hakimiyyətə gətirə bilsin.  Azərbaycanın bunun üçün kifayət qədər resursları var. Bizim müvafiq qurumlar elə bir informasiya siyasəti aparmalıdır, psixoloji savaşı elə qurmalıdır ki,  Ermənistan daim səksəkədə  olsun və ermənilər bütün partiyalardan, onların liderlərindən şübhələnsinlər. Çox təəssüf ki, bizdə aktiv şəkildə belə bir siyasət yürüdülmür. Halbuki, bu Qarabağda, Zəngəzurda qalan digər problemləri qısa müddətdə həll etmək üçün çox faydalı olardı”- deyə Sülhəddin Əkbər açıqlamasının ardında  vurğulayıb.

16-07-2021, 16:59 144

Digər xəbərlər

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu

SON DƏQİQƏ! Ermənilər bu körpünü tutdu: Səhər saatlarında... - FOTO

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"

“LC Waikiki” və “Penti”nin Azərbaycandakı nümayəndəliyindən sərmayəsi - KƏSKİN AZALDILIR

"Sumqayıt" - "Qarabağ" oyununa 2 mindən çox bilet satılıb

Ərdoğan Almaniya prezidenti ilə GÖRÜŞDÜ

Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...

Sumqayıt məktəbində REKORD NƏTİCƏ

Sadır Japarov Azərbaycana GƏLDİFOTOYENİLƏNİB

Şoyqunun müavini barədə QƏRAR VERİLDİ - 2 aylıq HƏBS

Sumqayıtda gənc oğlan itkin düşüb

Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA – FOTOLAR

Samir Abasov Xavi ilə görüşəcək

SDU-da oxuyan qızı oğurlayan şəxsin şikayəti təmin edilməyib-MƏHKƏMƏ

Müəllimlərin nəzərinə! - Bakı, Abşeron və Sumqayıta yerdəyişmə mümkün deyil

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 839
Dünən, 15:37
Dünən, 15:14
Dünən, 12:03
Dünən, 11:57
Dünən, 11:55
Dünən, 11:53
Dünən, 11:47
Dünən, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
23-04-2024, 16:40
23-04-2024, 16:03
23-04-2024, 15:57
23-04-2024, 15:56
23-04-2024, 15:51
23-04-2024, 15:46
23-04-2024, 15:22
23-04-2024, 15:19
23-04-2024, 15:18
23-04-2024, 15:14
23-04-2024, 15:11
23-04-2024, 08:51
22-04-2024, 15:17
22-04-2024, 15:15
22-04-2024, 15:02
22-04-2024, 14:57
22-04-2024, 13:24
1 2 3 4 5 6 7 8 9 10 ... 839