Sumqayıtda Milli Qurtuluş Günü Sumqayıtda qeyd edildi – FOTOLAR


Sumqayıt şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Sumqayit.tv
xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin üzvləri, ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin həyatından bəhs edən filmə baxılıb. Dəyirmi masa ətrafında davam etdirilən tədbirdə çıxıxş edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov qeyd edib ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışı ölkəni parçalanma təhlükəsindən, dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas edərək inkişaf yoluna çıxardı. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi.
Diqqətə çatdırılıb ki, Dahi Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda başlatdığı milli qurtuluş savaşı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində Qarabağın işğaldan qurtulması ilə özünün zirvəsinə çatdı. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, eləcə də Xocalıda üçrəngli bayrağımız dalğalanır.
Çıxışlarda bildirilib ki,bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.
Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir. İllər ötəcək, nəsillər dəyişəcək, amma müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ümummilli Lider Heydər Əliyev və onun tarixi xidmətləri xalqımızın yaddaşında əbədi qalacaq.







15-06-2024, 15:38 195

Digər xəbərlər

Sumqayıtda eyni sürücü yenə qaydanı pozdu: Bu dəfə qapını açmadı

Prezident İlham Əliyev Türkiyəyə GETDİ

İran-İsrail savaşında Ukrayna gedir iddiası - iki baxış

Sumqayıt Dövlət Universiteti ilk dəfə dünya universitetləri reytinqində

Sumqayıtda fabriki yanır

Səbuhi Elnur: “Şəhid Cavid Mirzəyevin adını daşıyan küçəyə asfalt örtüyünün çəkilməsi həm mənəvi, həm də sosial əhəmiyyət daşıyır” - FOTO

Səbinə Salmanova: "İnsan hüquqlarının qorunması dövlətin prioritet siyasətidir"

Sumqayıt Teatrında "Qaravəlli" tamaşasının premyerası keçiriləcək

“Öldürüldüyü” bildirilən Əhmədinejadın ofisi bəyanat yaydı  

İsrail İranın hücumlarına görə 1 günə MİLYONLAR xərcləyir - ŞOK RƏQƏM

Sumqayıtda "Kalaşnikov" avtomatı və ov tüfəngi aşkarlanıb

Baş Prokurorluq: Restoranlarda artan qida zəhərlənmələrinin qarşısının alınması üçün tədbirlər görülür

Sumqayıtda yol qəzası baş verib, ölən və xəsarət alan var

FIFA "Sumqayıt"ın sabiq futbolçusunun tələbini təmin etdi

Sabah Sumqayıt çimərliklərində gözlənilən hava şəraiti açıqlandı

Çin lideri: Hegemoniyaya qarşı Mərkəzi Asiya ölkələri ilə işləməyə hazırıq

Sumqayıtda narkotikin təsiri altında avtomobil idarə edən sürücü tutuldu

Vüqar Qurbanov: Süni intellektin tibb müəssisələrinə inteqrasiyası üçün planlar nəzərdə tutulub - MÜSAHİBƏ

İlham Əliyev Afrim Qaşini qəbul etdi - FOTOLAR

Sumqayıtda 11 nəfəri aldadaraq 42 min manat ələ keçirən qadın saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 958
Bu gün, 17:55
Bu gün, 15:56
Bu gün, 15:53
Bu gün, 12:12
Bu gün, 11:48
Dünən, 21:03
Dünən, 20:53
Dünən, 12:43
Dünən, 12:36
Dünən, 12:35
Dünən, 12:07
Dünən, 12:05
Dünən, 08:33
17-06-2025, 16:26
17-06-2025, 16:23
17-06-2025, 16:21
17-06-2025, 16:19
17-06-2025, 16:16
17-06-2025, 11:48
17-06-2025, 11:46
15-06-2025, 00:01
14-06-2025, 17:55
12-06-2025, 14:07
12-06-2025, 14:03
12-06-2025, 13:46
12-06-2025, 13:34
12-06-2025, 11:30
12-06-2025, 11:24
12-06-2025, 10:02
12-06-2025, 00:10
11-06-2025, 22:49
11-06-2025, 18:17
11-06-2025, 18:14
11-06-2025, 17:35
11-06-2025, 16:39
11-06-2025, 16:37
11-06-2025, 15:54
11-06-2025, 12:48
11-06-2025, 12:46
10-06-2025, 20:06
1 2 3 4 5 6 7 8 9 10 ... 958