Sumqayıtda baxça müdirəsindən təəssüfdoğurucu əməl -VİDEO

Sumqayıt şəhər 8-ci mk/r-da yerləşən 47 salyı körpələr evində keçirilən bir ad günü ilə bağlı cumhuriyyet.az-a təəssüf doğurucu məluat daxil olub. Sizə təqdim etdiyimiz videokadrlarda Kənan Kərimli adlı bir bakanıb doğum günü qeyd olunur. Dövlətimizin vı millətimizin gələcəyi olan bu körpəni təbrik etmək bizim də borcumuzdur. İlk baxışdan deyə bilərsiniz ki, burada nə var axı!? Baxçada uşağa doğum günü keçrilir və digər uşaqlar da sevinərək şənlənirlər. Əksinə bir uşağa belə bir mərasim keçirdiyinə görə baxça rəhbərliyini alqışlamaq lazımdır.  Əlbəttə, biz də körpələrimizin şad olmasını, xoşbəxt həyat sürmələrini canı könuldən istiyənlərdənik.
Amma məsələ bu qədər bəsit deyil. İş burasındadır ki, Kənan balamız heç də sıradan uşaq deyil. Hadisə ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumata gö ad günü qeyd edilən uşaq sözugedən baxçanın müdirəsi Aytən Kərimlinin övladidir. Aytən müəllimə rəhbərlik etdiyi təhsil ocağında Kanan balasının 6 yaşını keçirir. Özü də hansı vaxtda? O vaxtda ki, qardaş ölkədə məlum zəlzələ nəticəsində onminlərlə insan dünyasını dəyişib. Bu səbəbdən Türkiyədə baş verən “əsrin faciəsi”ni aradan qaldırmaq istiqamətində bütün dünya, əsasən də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla dövlətimiz və xalqımız səfərbər oldu. Türkiyədə zərərçəkmişlərin acılarını ürəklərində yaşatdılar. Hətta, Azərbaycan efir məkanında şən musiqilər yığışdırıldı. Bir sıra tədbirlər təxirə salındı.
Sumqayıt insanı üçün də 6 fevralda baş verən zəlzələ ağrı və acısız keçmədi. Çünki, zəlzələ nəticəsində düyasını dəyişən tələbələrdən 2-si məhz Sumqayıt sakinləridir. Bu gün isə onların nəşı vətənə gətiriləcək. Sumqayıtlılar (47-saylı baxçanın müdurəsi istisna-red) öz dəyərli övladlarını ehtiramla qarşılamağa hazırlaşır.
Görüntülər deməyə əsas verir ki, 47 saylı baxçada isə dünyada nələrin baş verməsindən xəbərsiz bir mənzərə höküm sürur. Baxça müdürəsi Ayətn Kərimli 6 yaşı olan övladına rəhbəri olduğu müəssisədə doğum günü qeyd etdirir. Həm də mətbəx işcilərini də musiqi otağında dəvət etdirib. Hansı ki, belə bir həssas məqamda Ayətən Kərimlinin baş verən hadisələrə daha diqqətli yanaşmalı idi. Birincisi, türk dünyası yasa bürundüyü bir vaxtda təhsil ocağının rəhbərinin nümunə olması vacib şərtlərdəndir. O isə nümunə olmaq əvəzinə heç də xoş mənzərə yaratmır. İkincisi, Aytən müəllimə də bir anadır. Türkiyədə valideyinlərini itirən uşaqları göz önünə gətirib, məsələyə həssas hisslə yanaşmalı idi. Üçüncüsu, əcabə Aytən müəllimə oğlu Kənanın deyil, tərbiyyə ocağının digər uşaqlarından hər hansı birinin doğum günü olsaydı, onlara da ad gününlərini baxçada qeyd etməyə və ora kloun gətirməyə icazə verrdimi?
P.S. Qeyd edək ki, Ayətən Kərimli baxçaya müdrə təyin olunduqdan sonra onun idarəetməsində kifayət qədər qüsurlarin olduğu bildirilir. Hətta, ötən il yay aylarında Aytən müəllimənin rəhbərlik etdiyi baxçadan axşam saatlarında şəxsi maşını ilə oğurluq etməsinə dair mediada məlumat yayılmışdı.


15-02-2023, 19:09 148

Digər xəbərlər

Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olundu-FOTO

Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO

Sumqayıtda avtomobil yollarının təmirinə başlanılıb - FOTO/VİDEO

Rusiyanın böyük şəhərləri təhlükədə – İŞİD-in növbəti hədəfi

Sumqayıtda bu müəsisənin rəhbəri dəyişdi

“Sumqayıt Texnologiyalar Parkı” məhkəmədə iddia qaldırdı

SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb

Sumqayıtda qanunsuz tikili belə söküldü - FOTO/VİDEO

Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq etdi

Putindən Qərbə SON DƏQİQƏ F-16 XƏBƏRDARLIĞI: Bu əraziləri VURACAĞIQ, MƏHV edəcəyik!

Avropada türklərə qarşı “kürd hücumu” planı - siyasi təxribat, yoxsa...

Ermənişünas alimdən 8 kəndlə bağlı İLGİNC AÇIQLAMALAR

Ermənistanda yeni Berlin divarı inşa edilə bilər

Dollar və avro yığanların NƏZƏRİNƏ - SON DƏQİQƏ XƏBƏRİ

Hər kəs “Crocus”da onlarla insanı xilas edən sumqayıtlıdan danışır-FOTO

“DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir”

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb

Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR

Sumqayıtda dəhşət! Xəstəxananın həyətində 33-36 həftəlik döl tapıldı

Putin Makrona sui-qəsd olunmasını tapşırıb? - Olay AÇIQLAMA

1 2 3 4 5 6 7 8 9 10 ... 826
Dünən, 18:24
Dünən, 17:33
Dünən, 17:24
Dünən, 17:20
Dünən, 16:36
Dünən, 16:33
Dünən, 13:15
Dünən, 13:00
Dünən, 12:06
Dünən, 12:04
Dünən, 12:01
Dünən, 11:40
Dünən, 11:31
Dünən, 11:29
Dünən, 11:27
Dünən, 11:08
Dünən, 10:51
Dünən, 10:47
Dünən, 09:30
27-03-2024, 15:52
27-03-2024, 15:46
27-03-2024, 15:28
27-03-2024, 12:52
27-03-2024, 12:49
27-03-2024, 12:43
27-03-2024, 12:40
27-03-2024, 12:38
27-03-2024, 11:19
27-03-2024, 11:08
27-03-2024, 11:05
27-03-2024, 11:03
27-03-2024, 11:02
27-03-2024, 09:55
27-03-2024, 09:30
26-03-2024, 15:38
26-03-2024, 15:18
26-03-2024, 14:56
26-03-2024, 12:42
26-03-2024, 12:41
26-03-2024, 12:36
1 2 3 4 5 6 7 8 9 10 ... 826