Nazirlikdən Vatsapla bağlı AÇIQLAMA

Ani mesajlaşma və mübadilə sistemi Vatsapın (“WhatsApp”) istifadəçilərinin şəxsi məlumatlarının “Facebook” və ona məxsus digər sosial şəbəkələrdə istifadəsi ilə bağlı tələblər qanunu pozmur.
Sumqayit.tv  xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.
“Hər bir istehlakçının elektron məhsul, mobil xidmətlər və tətbiq proqramları əldə edərkən onun istifadə qaydaları, təhlükəsizlik şərtləri barədə məlumat almaq hüququ var. İstehlakçı bu hüquqdan istifadə edərək proqramın ona uyğun olub olmamasını özü müəyyən etməlidir.
Mobil tətbiq proqramlarının istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsinə gəlincə, şirkət istifadəçilərini informasiya siyasətinin dəyişməsi haqqında məlumatlandıraraq, onlara seçim imkanı yaradır. Belə olan təqdirdə alternativ sosial şəbəkələrin olmasını nəzərə alaraq istehlakçılar digər tətbiqlərdən istifadəni seçməkdə sərbəstdilər. Bu səbəbdən “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında qanun pozulmamış hesab olunur.
Dövlət Xidməti mobil tətbiqlərlə əlaqədar müraciətlərin daxil olmasını nəzərə alaraq istehlakçılara tövsiyyə edir ki, həmin proqramlardan istifadə edərkən diqqətli olsunlar. Əvvəlcədən həmin proqramlar barədə ətraflı məlumat əldə edərkən, tətbiqin istifadə şərtləri ilə diqqətlə tanış olduqdan sonra qəbul etsinlər. Fərdi məlumatların digər şəxslərə ötürülməsinin qarşısını almaq məqsədilə istifadəçilərə şübhəli keçidlərə daxil olmamaları, kart məlumatlarından məhdud şəkildə və yalnız etibarlı mobil tətbiqlər vasitəsilə istifadə etmələri tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Vatsap bu il yanvarın 10-dan 2 milyarda qədər istifadəçisinə yeni məxfilik siyasəti ilə bağlı müqavilə göndərməyə başlayıb və istifadəçilərə fevralın 8-ə kimi yeni qaydaları qəbul etməyən smartfonlarda mobil tətbiqin işləməyəcəyi bildirilib. Yeni qərardan sonra istifadəçilərin kampaniyalar keçirməyə başlaması, onların arasında sonsuz sayda şübhələr və məlumat sızması riskinin yüksək olacağı ilə bağlı fikirlər bu tarixin 15 maya qədər uzadılmasına səbəb olmuşdu.
Vatsapın bu qərarından sonra bir sıra ölkələrin, o cümlədən Türkiyənin rəqabət qurumu "Facebook"a (mobil tətbiqdə istifadə və təhlükəsizlik şərtlərində dəyişikliklər edilməsi ilə əlaqədar) müraciət edib. Qurumun müraciətində deyilir ki, yeni qaydalar Türkiyə vətəndaşlarının fərdi məlumatlarının qorunması ilə bağlı qaydalara ziddir və bu səbəbdən də həmin qaydalara Türkiyədən olan istifadəçilər üçün yenidən baxılsın. “Facebook” isə rəsmi açıqlamasında həmin müraciəti nəzərə alaraq şərtlərə yenidən baxacaqlarını bəyan edib.

23-06-2021, 14:32 146

Digər xəbərlər

Zakir Fərəcov şəhər sakinləri ilə görüş kecirib– FOTO

Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında gediş haqqının “Mastercard”la ödənişində yaranmış problem yaxın günlərdə həllini tapacaq

"Karvan" Ticarət Mərkəzindən maddi ziyan tələb edilir

Sumqayıtda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən debat turniri sona çatıbFOTO

Əməkdaşlığımız möhkəmlənir

Arvadından şübhələnən kişi Sumqayıta getmək adı ilə evdən çıxıb GÖRÜN NƏ ETDİ

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib

Azərbaycanda general vəfat etdi

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Nəsib Quliyevin yasına gələnlər NƏLƏR danışdı? - övladları və xanımı yasda İŞTİRAK ETMƏDİVİDEO

Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO

TƏCİLİ! Bu gün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə yekun vurulacaq

Ötən il Sumqayıtdakı şadlıq saraylarının birində qardaşını və arvadını öldürmək istəyən şəxsin məhkəmə iclası yenidən başlayıb

Sumqayıtda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

Sumqayıt məktəblilərindən YENİ KƏŞF – Xilasetmə robotu hazırladılar – FOTO

Sumqayıtda yol hərəkəti qaydalarını pozan 196 piyada cərimə olunub-Foto/Video

Keçmiş başçının klinikasından şikayət - Pasientlə "Real" arasında nə baş verib?

Sumqayıtda otel və sanatoriyalarda vəziyyətinin öyrənilməsi məqsədilə müvafiq qiymətləndirmə keçirilib

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

1 2 3 4 5 6 7 8 9 10 ... 840
Dünən, 17:43
Dünən, 17:25
Dünən, 12:27
Dünən, 12:21
Dünən, 12:19
Dünən, 12:18
Dünən, 12:05
Dünən, 11:59
Dünən, 11:26
Dünən, 11:24
Dünən, 11:16
Dünən, 11:11
Dünən, 11:05
Dünən, 11:00
Dünən, 10:57
Dünən, 10:55
Dünən, 09:00
25-04-2024, 15:37
25-04-2024, 15:14
25-04-2024, 12:03
25-04-2024, 11:57
25-04-2024, 11:55
25-04-2024, 11:53
25-04-2024, 11:47
25-04-2024, 11:43
24-04-2024, 17:34
24-04-2024, 15:58
24-04-2024, 15:57
24-04-2024, 11:52
24-04-2024, 11:34
24-04-2024, 11:29
24-04-2024, 11:28
24-04-2024, 11:11
24-04-2024, 09:58
24-04-2024, 09:55
24-04-2024, 09:51
23-04-2024, 23:49
23-04-2024, 20:07
23-04-2024, 16:43
23-04-2024, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 840