"Sumqayıt"-ın baş məşqiçisi "El Klasiko"da hansı komandanın qələbə qazanmasını istəyirdim"


"Bu klub mənim üçün həddindən artıq maraqlıdır".
Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında İspaniyanın "Barselona"da təcrübə keçən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
46 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin düşərgəsinə yollanmaqda ona yardımçı olanlara təşəkkür edib:
"Burada təcrübə keçəcəyimi eşidəndə sevinmişdim. Həftəsonunadək müxtəlif görüşlərim olacaq.
Azərbaycana qayıdandan sonra daha ətraflı danışa bilərəm. Xavi və ya digər baş məşqçinin olması fərq etmir, "Barselona"da oyun üslubu var.
Xavi gənc mütəxəssisdir, onun işini də bəyənirəm. Komandanın Çempionlar Liqasında Fransada PSJ ilə matçda, La Liqada "Real"la görüşdə göstərdiyi futbol xoş idi.
Akademiyadan gənclər komandaya cəlb edilir və əsas heyətdə meydana çıxırlar. Onların uyğunlaşma prosesi, fiziki hazırlıqları, mental olaraq necə hazırlanması mənə maraqlıdır.
Artıq nələr etməli olduqlarını bilirlər. Buraya gəldiyim üçün şadam. Əziyyət çəkən insanlara minnətdaram".

Abasov "Barselona"nın "Real"a səfərdə 2:3 hesabı ilə uduzduğu matça da toxunub:
"El Klasiko"dakı ab-havanı canlı izləmək arzum idi. Bu duellərdə hər iki komandanın heyətindəki oyunçulardan asılı olmayaraq, həmişə gərginlik baş verir.
Ona görə bu matçı seçdim. Görüşdən çox onun ətrafında baş verənlər maraqlı idi.
Qarşılaşmadan əvvəl baş verən prosesləri sözlə ifadə etmək mümkün deyil. Məncə, "El Klasiko"ya yaraşmayan hakimlik oldu.
Günlərdir bu barədə danışılır. Bunların hamısı Barselona şəhərində müzakirə edilir.
"Barselona"nın qələbə qazanmasını istəyirdim. Buradakı insanlar da yaxşı əhvali-ruhiyyədə olardılar".

25-04-2024, 11:47 249

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060