
Sumqayıtda bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 22 iyul 2026-cı il saat 09:30-dan etibarən işlər başa çatanadək Corat qəsəbəsinin Babək marketin ətrafı və Ceyranbatan bağlarının Bərəkət marketin ətrafı qazsız qalacaq.
Qurum sakinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edib.
Bu gün, 16:49
11