
Azərbaycanda əhalinin gəlirlərində artım müşahidə olunub.
Sumqayit.tv Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz artaraq 47 milyard 309 milyon manata çatıb.
Məlumata görə, hesabat dövründə hər nəfərə düşən orta aylıq gəlir 767,9 manat təşkil edib.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri isə 41 milyard 768,2 milyon manat olub.
Bu gün, 14:44
13