
Bir həftədən artıqdır itkin düşən Sumqayıt sakini Adil Kərimovun meyiti aşkar edilib.
Sumqayit.tv xəbər verir ki, 21 yaşlı Adil Kərimovun meyiti iyulun 21-də Sumqayıt bulvarı ərazisində dənizdən tapılıb.
Məlumata görə, gənc iyulun 13-də gecə saatlarında yaşadığı evdən çıxaraq Sumqayıt Bulvarı istiqamətində gedib. Həmin vaxtdan etibarən onunla əlaqə kəsilib və ailəsinin müraciətindən sonra axtarışlara başlanılıb.
Hazırda Adil Kərimovun ölüm səbəbi və hadisənin hansı şəraitdə baş verməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.
Bu gün, 14:31
17