
Azərbaycanda ortaaylıq nominal əməkhaqqında artım qeydə alınıb.
Sumqayit.tv Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–may aylarında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz artaraq 1 175 manat təşkil edib.
Məlumata görə, orta aylıq əməkhaqqı neft-qaz sektorunda 4 605,7 manat, qeyri-neft-qaz sektorunda isə 1 113,3 manat olub.
Hesabata əsasən, dövlət müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 1 160,9 manat, özəl sektorda çalışanların əməkhaqqı isə 1 188,7 manat təşkil edib.
Bu gün, 14:56
11