
Sumqayıt şəhərində ölüm faktı qeydə alınıb.
Sumqayit.tv xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, 41 yaşlı Natella Ağabəy qızı Sayadovanın cansız bədəni yaşadığı mənzildə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitə baxış keçirilib və aidiyyəti üzrə araşdırmalara başlanılıb.
Hazırda qadının ölüm səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.