
İstifadə olunan təbii qazın dəyərinin ödənilməsi qaydasında yenilik tətbiq edilir.
Sumqayit.tv xəbər verir ki, bundan sonra abonentlər istifadə etdikləri təbii qazın dəyərini və sabit tarifi POS-terminallar vasitəsilə də ödəyə biləcəklər.
Yeni qaydalara əsasən, ödənişlər bank və poçt şöbələri ilə yanaşı, POS-terminallar, elektron ödəniş sistemləri, internet və bank köçürməsi vasitəsilə də həyata keçiriləcək.
Qeyd edək ki, indiyədək təbii qazın dəyərinin ödənilməsi yalnız bank və ya poçt şöbələri vasitəsilə mümkün idi.
17-07-2026, 11:10
49