Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində ölkəmizdə keçiriləcək "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfransı təşkil olunub.

Sumqayit.tv xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, cari ilin noyabr ayında keçiriləcək təlimdə üç ölkənin hərbi qulluqçuları ilə yanaşı, Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin və Azərbaycan Dəmir Yollarının əməkdaşları da iştirak edəcəklər.

Bildirilib ki, təlimin ssenarisi iştirakçı ölkələrin ərazilərindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiəsinin təşkili üzərində qurulub.

Konfrans zamanı təlimin məqsədləri, mövzusu, birgə qərargahın tərkibi, icra olunacaq taktiki epizodlar və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, "Eternity" təlimləri Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığın gücləndirilməsi, həmçinin regionda strateji infrastrukturun təhlükəsizliyinin təmin olunması məqsədilə mütəmadi olaraq keçirilir.



16-07-2026, 16:37 57

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098