Bu gün Milli Qəhrəman Polad Həşimovun anım günüdür

Bu gün Azərbaycan Ordusunun igid generalı, Vətən müharibəsinə aparan yolda qəhrəmanlığı ilə tarix yazan şəhid general-mayor Polad Həşimovun anım günüdür.

Sumqayit.tv xəbər verir ki, Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olan Polad Həşimov uşaqlıq və gənclik illərini Sumqayıt şəhərində keçirib. O, 1992-ci ildən könüllü olaraq cəbhəyə yollanıb, Ağdam, Füzuli və digər istiqamətlərdə gedən döyüşlərdə iştirak edib.

Hərbi xidmət dövründə peşəkarlığı və cəsarəti ilə seçilən Polad Həşimov Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə yüksək qiymətləndirilib. 2019-cu ildə ona general-mayor ali hərbi rütbəsi verilib və daha sonra 3-cü Ordu Korpusunun Qərargah rəisi vəzifəsinə təyin olunub.

2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir qrup hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucaldı. Bu hadisə xalqımızın böyük həmrəyliyinə səbəb oldu və Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yolun başlanğıcı kimi yadda qaldı.

Şəhid general Bakıda II Fəxri Xiyabanda dəfn olunub. O, ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Bu gün Polad Həşimovun adı Azərbaycanın müxtəlif şəhərlərində küçələrə, park və təhsil müəssisələrinə verilib. Qəhrəman generalın xatirəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yaşadılır.

Sumqayit.tv kollektivi olaraq Milli Qəhrəmanımız Polad Həşimovun əziz xatirəsini dərin ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhu şad olsun!


14-07-2026, 11:35 77

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104