
Sumqayıt bulvarının bəzi hissələrində yaranan zibillik görüntüsü sakinlərin narazılığına səbəb olub.
Sumqayit.tv xəbər verir ki, sakinlərin sözlərinə görə, bulvar ərazisində tullantıların çoxalması məkanın ümumi görünüşünü korlayır.
Şikayətçilər ərazidə təmizlik işlərinin aparılmasını və tullantıların vaxtında ərazidən götürülməsini istəyirlər.
Qeyd edək ki, bulvar şəhər sakinlərinin və qonaqların istirahət üçün üz tutduğu əsas məkanlardan biridir. Bu səbəbdən ərazinin təmiz və səliqəli saxlanılması sakinlər üçün önəmli məsələlərdəndir.
Bu gün, 16:08
10