
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 25 avqustdan Xırdalan–Biləcəri mənzilində aparılan təmir işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik edəcək.
Sumqayit.tv xəbər verir ki, dəyişiklik Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə hərəkət edən qatarları əhatə edəcək.
Yenilənmiş cədvələ əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a çatdırılacaq.
ADY-nin məlumatına görə, dəyişiklik müvəqqəti xarakter daşıyır. Təmir işləri başa çatdıqdan sonra Xırdalan–Sumqayıt xətti üzrə sərnişindaşıma da bərpa ediləcək.
Yeni hərəkət cədvəlləri 25 avqustdan etibarən ADY-nin rəsmi saytında və “ADY Mobile” tətbiqində aktiv olacaq.
Bu gün, 11:46
7