
Saray qəsəbəsində körpünün altından keçən yolun vəziyyəti ilə bağlı sakinlər tərəfindən Sumqayit.tv-yə şikayət daxil olub.
Sakinlərin sözlərinə görə, körpünün təmirindən əvvəl ərazidə yolların vəziyyəti qənaətbəxş olub. Lakin təmir işlərindən sonra körpünün sağ və sol hissələrində yolların yararsız vəziyyətə düşdüyü iddia edilir.
Sakinlər bildirirlər ki, ərazidən ağır tonnajlı yük maşınlarının keçməsi yolun vəziyyətini daha da çətinləşdirib. Hazırda yağışlı havalarda ərazidə palçıq yaranır və nəqliyyatın hərəkəti çətinləşir.
“Uşaqları məktəbə aparmaqda çətinlik çəkirik. Palçıqdan piyada getmək olmur, maşınlar da çətinliklə keçir. Hələ yağış yağanda vəziyyət daha da pis olacaq. Bu yoldan uşaqlar məktəbə necə gedəcək?” – deyə sakinlər narazılıqlarını bildiriblər.
Sakinlər körpünün altındakı sağ və sol istiqamətlərdə yolların asfaltlanmasını və ərazidə yaranmış problemin aidiyyəti qurumlar tərəfindən aradan qaldırılmasını xahiş edirlər.
Bu gün, 20:55
10