
Sumqayıt Şəhər İcra Hakimiyyəti şəhər bulvarında abadlıq işləri aparmağı planlaşdırır.
Sumqayit.tv xəbər verir ki, bu barədə məlumat Etender.gov.az-da yayımlanıb.
Məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti bununla bağlı satınalma müsabiqəsi elan edib. Tenderin qalibi olacaq şirkət tərəfindən bulvarda abadlıq işlərinin həyata keçirilməsi üçün 329 min manat vəsaitin xərclənməsi proqnozlaşdırılır.
Abadlıq işlərinin hansı əraziləri əhatə edəcəyi və işlərin icra müddəti ilə bağlı əlavə məlumat tenderin nəticələrindən sonra məlum olacaq.
Bu gün, 10:12
7