
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev yenidən “Sumqayıt”ın formasını geyinə bilər.
Sumqayit.tv Sport24.az-a istinadən məlumatına görə, “Sumqayıt” 32 yaşlı qolkiperin xidmətində maraqlıdır və futbolçuya rəsmi təklif göndərib.
Şahruddin Məhəmmədəliyev yekun qərarını hələ verməyib. O, təklifi nəzərdən keçirmək üçün vaxt istəyib.
Qeyd edək ki, milli komandanın qapıçısı 2014-2016-cı illərdə “Sumqayıt”da çıxış edib. “Kimyaçılar”ın mövsümlərarası fasilədə transfer etdiyi braziliyalı qolkiper Ceyms Almeyda aldığı ağır zədə səbəbindən komandadan ayrılıb.
Şahruddinin xidmətində “Zirə”nin də maraqlı olduğu bildirilir.
Bu gün, 12:10
9