Sumqayıt şəhərinin bir sıra ərazilərində sabah qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Sumqayıt QİS-i məlumat yayıb.
Bildirilib ki, Heydər Əliyev prospektində korroziyaya uğramış d159 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin PE225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar təmir işləri aparılacaq.
Bununla əlaqədar 14 avqust saat 10:00-dan “Şəhər-1” PE315 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Qaz təchizatında yaranacaq məhdudiyyət Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələrini, 1, 2, 5 və 6-cı mikrorayonları, həmçinin Qızılqum, Betonzavod ərazilərini və İnşaatçılar qəsəbəsini əhatə edəcək.
Məlumata görə, ümumilikdə 29 min abonentin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.//Report
Bu gün, 17:24
8