Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

 

Sumqayıt şəhərinin Heydər Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yaşayan sakin gecə saatlarında restoranların ətrafında yaranan səs-küydən narazıdır.

Sumqayit.tv-yə müraciət edən sakin bildirir ki, problem uzun müddətdir davam edir. Onun sözlərinə görə, xüsusilə futbol matçları keçirilən günlərdə Nbeer PUB-da müştərilərin yüksək səslə danışması və mübahisələri gecə saatlarında narahatlıq yaradır.

Sakin iddia edir ki, digər tərəfdən Ayasofya restoranı ətrafında kuryerlərin motosikletlərlə səs-küy yaratması, eləcə də əraziyə gələn bəzi şəxslər arasında yüksək səslə mübahisələrin və söyüşlərin olması narahatlıq doğurur.

Onun iddiasına görə, belə hallar əsasən gecə saatlarında baş verir və bəzən 1-2 saat davam edir.

Müraciət müəllifi bildirir ki, yaşadığı bina sözügedən obyektlərdən təxminən 100 metr məsafədə yerləşir və yaranan səs-küy mənzilin daxilində aydın eşidilir.

"Yuxudan səsə oyanıram, yuxum pozulur və yata bilmirəm. Hər gün səhər saat 05:30-da işə gedirəm. Gecə yuxudan oyandıqdan sonra 2-3 saat yata bilmirəm. Əsəblərim pozulur", – sakin bildirib.

Sakin həmçinin qeyd edib ki, 8 avqust 2026-cı il saat 01:16 radələrində restoranlardan birinin qarşısında bir qrup şəxsin mübahisəsi baş verib. Onun sözlərinə görə, təxminən 5-6 gəncin iştirak etdiyi mübahisə yarım saata yaxın davam edib.

Müraciət müəllifi bildirib ki, hadisə ilə bağlı polisə və ya digər aidiyyəti qurumlara indiyədək rəsmi müraciət etməyib. Həmçinin hadisələri təsdiqləyən foto və video görüntülərin olmadığını qeyd edib.

Sakin restoranların fəaliyyətinə qarşı olmadığını, əsas narazılığının gecə saatlarında yaranan səs-küy və asayişlə bağlı olduğunu vurğulayıb.

O, aidiyyəti qurumlardan məsələyə diqqət yetirməyi, gecə saatlarında səs-küy və asayişlə bağlı yaranan halların qarşısının alınmasını istəyir.

Qeyd: Xəbərdə yer alan məlumatlar anonim müraciət müəllifinin iddiaları əsasında hazırlanıb. Sumqayit.tv məsələ ilə bağlı adıçəkilən obyektlərin rəhbərliyinin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırdır. Rəsmi açıqlama daxil olduğu halda material yenilənəcək.

 

 


Bu gün, 17:13 7

Digər xəbərlər

“Xəyalın Qonağı 6” – maraqlı görüş, xüsusi hədiyyələr və yaddaqalan anlar-FOTO

Sumqayıtda sakin gecə saatlarında restoranların qarşısındakı səs-küydən şikayətlənir

Bəzi məhsullar bahalaşa bilər

Azərbaycan və Ukrayna bu sahədə əməkdaşlıq edəcək

Vətəndaşlara 122 milyondan çox ƏDV geri qaytarılıb

Sumqayıt” – “Neftçi” matçının stadionu DƏYİŞDİRİLDİ

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşağın vəziyyəti AĞIRDIR

Sumqayıt sakini dənizdə boğularaq öldü

Sumqayıtda 61 yaşlı kişi sükan arxasında vəfat etdi

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanıldı – ailə mübahisəsi MƏHKƏMƏYƏ GEDİB

Əlil arabasında həyatını kitaba çevirdi – Yusif Əlilinin “Sərhədsiz Həyat” kitabı təqdim edildi

Sumqayıtda 10 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı-SAĞ QALDI

Sumqayıtda 19 yaşlı gənc bədbəxt hadisə nəticəsində öldü

Lionel Messi atasına son vidanı etdi-FOTO

Sumqayıtda gecə saatlarında motosikletlərə qarşı NƏZARƏT GÜCLƏNDİRİLDİ – 30-a yaxın sürücü cəzalandırıldı-VİDEO

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:13
Bu gün, 17:13
Bu gün, 16:01
Bu gün, 15:45
Bu gün, 14:29
Bu gün, 14:25
Bu gün, 13:12
Bu gün, 12:49
Bu gün, 12:35
Bu gün, 12:31
Bu gün, 12:22
Bu gün, 12:00
Bu gün, 10:25
Bu gün, 02:13
Bu gün, 01:49
Dünən, 18:48
Dünən, 13:39
8-08-2026, 18:23
8-08-2026, 16:12
8-08-2026, 15:43
8-08-2026, 12:55
8-08-2026, 11:06
8-08-2026, 11:04
8-08-2026, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
1 2 3 4 5 6 7 8 9 10 ... 1095