
Bu ilin yanvar–iyul aylarında Azərbaycanda vətəndaşlara 122 milyon 83,6 min manat ƏDV geri qaytarılıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
ƏDV geri qaytarılması pərakəndə ticarət, ictimai iaşə, bəzi mədəniyyət və tibbi xidmətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə hotellərin xidmətləri üzrə həyata keçirilib.
Bundan əlavə, hesabat dövründə xarici vətəndaşlara “Tax Free” sistemi çərçivəsində 5 milyon 248,1 min manat ƏDV geri qaytarılıb.
Bu gün, 14:29
12