
Sumqayıtın Corat qəsəbəsində dəniz kənarında yerləşən qəbiristanlığın qarşısındakı dayanacağın vəziyyəti ilə bağlı müraciət daxil olub.
Sumqayit.tv-yə müraciət edən sakin bildirir ki, “Melodi” sarayının qarşısında yerləşən dayanacağın təmirə ehtiyacı var. Sakin həmçinin dayanacağın üzərindəki işıqlandırma qurğularının şüşələrinin çıxarıldığını və naməlum şəxslər tərəfindən aparıldığını qeyd edir.
Müraciətdə aidiyyəti qurumlardan dayanacağın təmir olunması, işıqlandırmanın bərpa edilməsi və ərazidə lazımi tədbirlərin görülməsi xahiş olunur.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 18:23
6