
Sumqayıt ölkədə sənaye müəssisələrinin anbarlarında saxlanılan hazır məhsulların həcminə görə ikinci yerdə qərarlaşıb.
Sumqayit.tv xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il iyulun 1-nə olan vəziyyətə görə sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan ehtiyatlar da daxil olmaqla ümumilikdə 941,4 milyon manat dəyərində hazır məhsul olub.
Bu ehtiyatların 13,7 faizi Sumqayıtın payına düşüb. Bu isə təxminən 129 milyon manat dəyərində hazır məhsul deməkdir. Siyahıda ilk yerdə 46,6 faizlə Bakı qərarlaşıb.
Məlumata görə, 2026-cı ilin yanvar–iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qısamüddətli istifadədə olan malların istehsalı 11,9 faiz, aralıq istehlak məhsullarının istehsalı 11,8 faiz, istehsal vasitələrinin istehsalı isə 5,8 faiz artıb. Eyni zamanda, enerji məhsullarının istehsalı 1,8 faiz, uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı isə 10,8 faiz azalıb.
Bu gün, 11:47
10