
Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində, Novruz küçəsində yerləşən dərin çuxur sakinlərin narahatlığına səbəb olub.
Sumqayit.tv-yə müraciət edən sakinlərin sözlərinə görə, ərazi artıq bir ildən çoxdur bu vəziyyətdə qalıb. Onların iddiasına əsasən, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem hələ də aradan qaldırılmayıb.
Sakinlər bildirirlər ki, çuxur gündəlik gediş-gəlişə ciddi maneə yaradır və xüsusilə yaşlılar, uşaqlar, xəstələr üçün təhlükə yaradır. Həmçinin ərazinin ətrafının tam mühafizə olunmadığı, bunun isə bədbəxt hadisə riskini artırdığı qeyd olunur.
Vətəndaşlar problemin qısa müddətdə həll ediləcəyinə ümid etdiklərini bildirərək aidiyyəti qurumların məsələyə operativ müdaxilə etməsini xahiş edirlər.
Qeyd edək ki, Sumqayit.tv qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Bu gün, 17:05
14