
Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Qi Parmölənə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Sumqayit.tv President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev məktubunda İsveçrə Prezidentinə və xalqına Azərbaycan xalqı adından səmimi təbriklərini çatdırıb.
Dövlət başçısı bildirib ki, Azərbaycan ilə İsveçrə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük önəm verilir və bu əlaqələrin gələcəkdə də xalqların mənafelərinə uyğun şəkildə möhkəmlənəcəyinə inanır.
İlham Əliyev məktubının sonunda İsveçrə Prezidentinə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, İsveçrə xalqına isə rifah və firavanlıq arzulayıb.
Bu gün, 11:26
8