
"Sumqayıt" Futbol Klubu yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçiləri "Sumqayıt" və "Şamaxı" komandaları arasında keçirilən görüş "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma Qəbələ şəhər stadionunun köməkçi meydanında baş tutub.
"Sumqayıt" bu qələbə ilə yeni mövsüm öncəsi hazırlığını uğurla davam etdirib.
Bu gün, 14:50
14