700 bal toplayan sumqayıtlı Samirin atası: "Riyaziyyatdan repetitor yanına getməyib"

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında IV ixtisas qrupu üzrə maksimum nəticə göstərən Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Samir Tağızadənin atası oğlunun uğur hekayəsindən danışıb.

Sumqayit.tv AzEdu.az-a istinadən xəbər verir ki, 700 bal toplayan Samirin atası, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin müəllimi Hikmət Tağıyev bildirib ki, bu nəticə onlar üçün gözlənilən olsa da, böyük sevinc və qürur hissi yaşadıblar.

Onun sözlərinə görə, Samir uşaqlıqdan həkim olmağı, xüsusilə neyrocərrah kimi fəaliyyət göstərməyi arzulayıb və bu seçim tamamilə öz istəyi olub.

Hikmət Tağıyev qeyd edib ki, oğlu digər beş fənn üzrə müəllim yanında hazırlaşsa da, riyaziyyatdan repetitor yanına getməyib. Bu fənn üzrə hazırlığı evdə planlı şəkildə aparıb və imtahanda maksimum 100 bal toplayıb.

Ata hesab edir ki, uğurun əsas səbəbi mövzuları əzbərləmək deyil, dərindən anlamaq və planlı şəkildə çalışmaqdır. O bildirib ki, ailədə Samirə heç vaxt təzyiq göstərilməyib, dərslə yanaşı istirahətinə də xüsusi diqqət yetirilib.

Hikmət Tağıyev əlavə edib ki, Samir gələcəkdə təhsilini Almaniyada davam etdirmək, rezidenturanı xaricdə oxumaq və daha sonra Azərbaycana qayıdaraq həkim kimi ölkəsinə xidmət etmək istəyir.

Sonda o, abituriyentlərə və valideynlərə səbirli olmağı, zəhmətdən çəkinməməyi və vaxt bölgüsünü düzgün qurmağı tövsiyə edib. 


30-07-2026, 14:44 46

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098