
"İdrak" liseyində müəllimin güllələnməsi hadisəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şagirdin atası Samir Şiriniov barəsində məhkəmə qərarı verilib.
Sumqayit.tv APA-ya istinadən xəbər verir ki,bildirilib ki, Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Samir Şiriniov Cinayət Məcəlləsinin 230-cu maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilib.
Bu gün, 16:59
10