925 ailənin illərlə gözlədiyi problem həll olunur – "Stansiya Sumqayıt"da kanalizasiya xəttinin çəkilişinə başlanılıb-FOTO

"Stansiya Sumqayıt" qəsəbəsində 925 ailənin yaşadığı ərazidə illərdir həllini gözləyən kanalizasiya problemi aradan qaldırılır. Hazırda burada yeni kanalizasiya xəttinin çəkilişi istiqamətində işlərə başlanılıb.

Ərazi sakinlərinin Sumqayit.tv-yə verdikləri məlumata görə, uzun illər kanalizasiya sisteminin olmaması səbəbindən yaşayışçılar ciddi çətinliklərlə üzləşiblər. Yağışlı hava şəraitində və gündəlik istifadədə yaranan problemlər sakinlərin həyat şəraitinə mənfi təsir göstərib.

Bildirilir ki, məsələ dəfələrlə Sumqayit.tv, eləcə də digər media orqanları tərəfindən işıqlandırılıb. Problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilib. Həmçinin, ərazinin deputatı Elnarə Akimova da qəsəbəyə gələrək sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib və mövcud vəziyyətlə yerində tanış olub.

Sakinlərin sözlərinə görə, hazırda görülən işlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir. Bildirilir ki, layihənin icrası Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun nəzarəti altında aparılır.

Qəsəbə sakinləri qeyd edirlər ki, layihənin həyata keçirilməsində özləri də yaxından iştirak edirlər. Belə ki, hər ailə tərəfindən 650 manat vəsait ayrılıb. Bundan başqa, ərazidə fəaliyyət göstərən bəzi müəssisələr və iş adamları da layihəyə maddi dəstək göstərirlər.

Sakinlərin bildirdiyinə görə, hazırda işlər davam etdirilir və layihənin yaxın 4-5 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur. Onlar uzun illərdən sonra problemin həlli istiqamətində real addımların atılmasını böyük məmnunluqla qarşıladıqlarını bildirirlər.

Qəsəbə sakinlərindən biri sevincini bu sözlərlə ifadə edib:

"İlk dəfədir görürəm ki, daş və dəmir insanı bu qədər sevindirir."

Onun sözlərinə görə, uzun illər həllini tapmayan problemin aradan qaldırılması ərazidə yaşayan yüzlərlə ailənin həyat şəraitinin yaxşılaşmasına mühüm töhfə verəcək.

Sakinlər ümid edirlər ki, başlanılan işlər qısa müddətdə uğurla başa çatdırılacaq və 925 ailənin illərlə gözlədiyi kanalizasiya problemi birdəfəlik öz həllini tapacaq.

Qeyd edək ki, Sumqayit.tv bundan sonra da layihənin icra vəziyyətini diqqətdə saxlayacaq və görülən işlərlə bağlı oxucularını mütəmadi olaraq məlumatlandıracaq.

 

 

 

 

 

 


Bu gün, 09:30 14

Digər xəbərlər

 Azərbaycan dili: milli kimliyimizin əbədi dayağı

Yaxın illərdə Sumqayıta metro xəttinin çəkilməsi nəzərdə tutulur

Ali Məhkəmə Sumqayıt məhkəməsinin qərarını ləğv etdi

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım

Avro və rubl yüksəldi – Dollar dəyişmədi

Külək Bakı–Sumqayıt qatarının hərəkətində ləngiməyə səbəb oldu

Magistraturaya ixtisaslaşma seçiminin vaxtı uzadıldı

925 ailənin illərlə gözlədiyi problem həll olunur – "Stansiya Sumqayıt"da kanalizasiya xəttinin çəkilişinə başlanılıb-FOTO

Sumqayıtda zavod tüstüsü ilə bağlı narahatlıq: Sakinlər hər gün qalın tüstü müşahidə etdiklərini bildirirlər

Donald Tramp 2028-ci il seçkilərinə işarə edən fotolar paylaşdı

Sosis və kolbasa sevənlərin nəzərinə: Xərçəng riski ilə əlaqələndirilir

Sağlam cəmiyyət ailədən başlayır” layihəsi çərçivəsində milli ailə dəyərlərinə həsr olunmuş dəyirmi masa keçirilib-FOTO

Coratda faciə: Dənizdə batan şəxs müstəntiq imiş

Sumqayıtın 10-cu mikrorayonunda sakinləri narahat edən problem – çəyirtkə və həşəratların sayı artıb

SDU-nun dosentinə beynəlxalq universitetdən mühüm vəzifə

10 yaşlı Sumqayıtlı Uğurun əsəri “Mənim izim” sərgisində-FOTO

Sumqayıt məktəbi ölkə üzrə rekord nəticə göstərdi

Sumqayıtda həlak olan hakimin ailəsinə təzminat ödəniləcək

Tramp: Məndən sonra yazmağa adam tapmayacaqsınız

Ölkə birinciləri SDU-da – Rektor sumqayıtlı gəncləri təbrik etdi-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1088
Bu gün, 11:29
Bu gün, 10:20
Bu gün, 10:18
Bu gün, 10:16
Bu gün, 09:51
Bu gün, 09:45
Bu gün, 09:41
Bu gün, 09:30
Bu gün, 07:23
Bu gün, 06:42
Bu gün, 06:29
Dünən, 23:24
Dünən, 13:35
Dünən, 13:15
25-07-2026, 18:06
25-07-2026, 15:43
25-07-2026, 15:03
25-07-2026, 14:47
25-07-2026, 11:00
25-07-2026, 10:50
25-07-2026, 10:46
25-07-2026, 10:44
25-07-2026, 10:36
25-07-2026, 10:21
24-07-2026, 20:10
24-07-2026, 16:04
24-07-2026, 15:53
24-07-2026, 14:43
24-07-2026, 14:34
24-07-2026, 14:33
24-07-2026, 14:19
24-07-2026, 13:25
24-07-2026, 12:34
24-07-2026, 12:30
24-07-2026, 12:26
24-07-2026, 12:20
24-07-2026, 11:40
24-07-2026, 11:37
24-07-2026, 11:31
24-07-2026, 11:00
1 2 3 4 5 6 7 8 9 10 ... 1088