Magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçiminin müddəti bu gün saat 13:00-dək uzadılıb.
Sumqayit.tv xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak hüququ qazanan bakalavrlar iyulun 27-si saat 13:00-dək internet vasitəsilə seçimlərini təsdiqləyə bilərlər.
Məlumata əsasən, iyulun 27-si saat 09:15-ə olan vəziyyətə görə 15 633 bakalavr ərizəsini təsdiqləyib. Onlardan 14 251-i Azərbaycan, 1 382-si isə rus bölməsi üzrə müraciət edib.
Bakalavrlar bitirdikləri ixtisasa uyğun olmaqla, istəklərinə əsasən 20-dək ixtisaslaşma seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ni təsdiqləməlidirlər.
Qeyd edilib ki, müsabiqədə yalnız elektron ixtisaslaşma seçimi ərizəsini doldurub təsdiqləyən bakalavrlar iştirak edə biləcəklər.
Bu gün, 09:41
9