Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində dənizdə batan şəxslə bağlı yeni məlumat əldə edilib.
Sumqayit.tv Unikal.az-a istinadən xəbər verir ki, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1,5 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Məlumata görə, dənizdə batan şəxs 2000-ci il təvəllüdlü Hüseynli Ümid Taməddin oğlu olub.
Bildirilib ki, Ümid Hüseynli Qubadlı rayon prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bu gün, 13:35
7