
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın VI "E" sinif şagirdi Zeynəb Mehdizadə beynəlxalq riyaziyyat olimpiadasında möhtəşəm uğur qazanıb.
Sumqayit.tv xəbər verir ki, Zeynəb əvvəlcə Azərbaycanda keçirilən SASMO 2026 (Singapore and Asian Schools Math Olympiad) riyaziyyat olimpiadasında yüksək nəticə göstərərək SIMOC 2026 (Singapore International Math Olympiad Challenge) müsabiqəsində ödənişsiz iştirak hüququ əldə edib.
17–22 iyul 2026-cı il tarixlərində Sinqapurda təşkil olunan SIMOC 2026 olimpiadasında dünyanın 40 ölkəsindən 2285 şagird mübarizə aparıb. Sumqayıtlı məktəbli bu nüfuzlu beynəlxalq yarışda bütün mərhələləri uğurla başa vuraraq qızıl medala layiq görülüb.
Zeynəb Mehdizadənin əldə etdiyi bu nailiyyət həm Sumqayıtın, həm də Azərbaycanın beynəlxalq təhsil arenasında növbəti uğurlarından biri kimi qiymətləndirilir. Bu qələbə gənc istedadların potensialını və ölkəmizin beynəlxalq olimpiadalardakı uğurlu çıxışını bir daha nümayiş etdirir.

Bu gün, 20:21
4