
SDU-da magistraturaya qəbul planı artırıldı
2026-cı il üzrə Sumqayıt Dövlət Universitetində (SDU) magistraturaya qəbul planı genişləndirilib.
Sumqayit.tv Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, 2025-ci ildə SDU üzrə magistraturaya qəbul üçün ayrılmış 370 yer olduğu halda, 2026-cı ildə bu göstərici 420 yerə çatdırılıb. Beləliklə, universitet üzrə qəbul planı 50 yer və ya 13,5 faiz artırılıb.
Məlumata görə, ölkə üzrə də magistraturaya qəbul planı genişləndirilib. Belə ki, ali təhsil müəssisələri üzrə ümumi qəbul planı 2025-ci ildəki 16 848 yerdən 2026-cı ildə 17 688 yerə yüksəlib. Bu isə 840 yer və ya 4,82 faiz artım deməkdir.
Bununla yanaşı, dövlət sifarişi əsasında magistraturaya ayrılan yerlərin sayında azalma qeydə alınıb. Belə ki, dövlət sifarişi üzrə qəbul planı ötən illə müqayisədə 62 yer azalaraq 7022 olub.
Bu gün, 12:31
8