Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Sumqayıtda 400 min manatlıq tikinti qalmaqalı yenidən Ali Məhkəmədə

Sumqayıtda çoxmərtəbəli bina tikintisi ilə bağlı dələduzluq ittihamı üzrə məhkum olunmuş şəxslə bağlı iş yenidən Ali Məhkəmədə araşdırılacaq.

Sumqayit.tv xəbər verir ki, "Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited" şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. Şikayətə Ali Məhkəmənin hakimi Teyyub Muxtarovun sədrliyi ilə baxılacaq.

İttihama əsasən, Arif Mansurov iki nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 570 min manat vəsaiti ələ keçirib. Bildirilir ki, o, zərərçəkmişlərdən birini məhkəmə qərarının ləğvi üçün guya səlahiyyətli şəxslərə bahalı hədiyyələr veriləcəyinə inandıraraq 170 min manat alıb.

Bundan əlavə, Mansurovun Sumqayıtda çoxmərtəbəli yaşayış binasının tikintisinə icazə alınacağını vəd edərək digər zərərçəkmişdən 400 min manat aldığı iddia olunur.

Məlumata görə, təqsirləndirilən şəxs istintaq zamanı dəymiş maddi ziyanı ödəyib, lakin məhkəmə prosesində ifadə verməkdən imtina edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arif Mansurov 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb.

Qeyd edək ki, iş üzrə əvvəllər verilmiş kassasiya şikayəti geri götürülsə də, qərardan yenidən kassasiya şikayəti təqdim olunub.

Mənbə: Pravda.az


22-07-2026, 11:09 53

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095