SDU ilə SOCAR Polymer arasında əməkdaşlıq yeni mərhələyə keçir

Sumqayıt Dövlət Universiteti (SDU) ilə SOCAR Polymer MMC arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm görüş keçirilib.

Sumqayit.tv xəbər verir ki, universitetin rektoru, professor Nurəli Yusifbəyli ilə SOCAR Polymer MMC-nin baş direktoru Fuad Əhmədov arasında baş tutan görüşdə ali təhsil ilə sənaye arasında əlaqələrin gücləndirilməsi, innovasiya yönümlü tərəfdaşlıq, tələbələrin istehsalat təcrübəsinin artırılması və birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Rektor Nurəli Yusifbəyli bildirib ki, SDU-nun ölkənin əsas sənaye mərkəzlərindən biri olan Sumqayıtda yerləşməsi təhsil, elm və istehsalatın inteqrasiyası üçün geniş imkanlar yaradır. Onun sözlərinə görə, nəzəri biliklərin praktik bacarıqlarla tamamlanması əmək bazarının tələblərinə cavab verən peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır.

Görüşdə qeyd olunub ki, yeni tədris ilindən etibarən SDU ilə SOCAR Polymer arasında əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır. Prioritet istiqamətlərə tədris proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, tələbələrin istehsalat təcrübəsinin artırılması, yuxarı kurs tələbələrinin dərslərinin bir hissəsinin müəssisədə təşkili, eləcə də birgə innovasiya layihələrinin həyata keçirilməsi daxildir.

Tərəflər, həmçinin Polimer Materialları İnstitutunun elmi-tədqiqat fəaliyyətinin sənaye ilə inteqrasiyası məsələsini də müzakirə ediblər. Bildirilib ki, yüksək möhkəmliyə, aşağı yanma sürətinə və ekoloji təhlükəsizlik göstəricilərinə malik nanokompozit materiallarla bağlı layihələrin SOCAR Polymer-ə təqdim edilməsi nəzərdə tutulur.

SOCAR Polymer-in baş direktoru Fuad Əhmədov isə ali təhsil müəssisələri ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayaraq, tədris, istehsalat təcrübəsi və tətbiqi elmi-tədqiqat sahələrində SDU ilə əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

 

 


21-07-2026, 12:44 79

Digər xəbərlər

Sumqayıtda 13 tibb işçisi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılıb-VİDEO

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu-FOTO

Emin Ağalarov “Sea Breeze”dəki faciə ilə bağlı AÇIQLAMA VERDİ-FOTO

Sumqayıtın öz nəqliyyat kartı olacaq? – AYNA-dan AÇIQLAMA

Sumqayıtda ağacların qanunsuz kəsilməsi nəticəsində 71 min manatdan çox ziyan vurulub

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb?

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 21:24
Dünən, 20:31
Dünən, 16:03
Dünən, 13:03
Dünən, 11:18
14-08-2026, 22:10
14-08-2026, 21:37
14-08-2026, 20:04
14-08-2026, 18:06
14-08-2026, 18:00
14-08-2026, 17:53
14-08-2026, 16:42
14-08-2026, 15:27
14-08-2026, 13:45
14-08-2026, 13:44
14-08-2026, 13:29
14-08-2026, 12:37
14-08-2026, 12:25
14-08-2026, 12:08
14-08-2026, 11:52
14-08-2026, 10:35
14-08-2026, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1098