Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?

 
Sumqayıtda sərnişindaşıma sistemi uzun illərdir ki, müxtəlif problemlərlə müşayiət olunur. Şəhərdə fəaliyyət göstərən marşrut xətlərinin əhəmiyyətli hissəsi hələ mikroavtobus – "marşrutka" dövründən miras qalıb. Eyni zamanda, bəzi marşrutların istiqamətləri sovet dövründə formalaşmış nəqliyyat sxeminə əsaslanır. Son illərdə yeni marşrut xətlərinin açılması və müəyyən dəyişikliklərin aparılması müsbət addım olsa da, şəhərin sürətlə böyüyən ehtiyacları fonunda bu tədbirlərin kifayət etmədiyi görünür.

Məlumdur ki, mikroavtobus əsaslı sərnişindaşıma sistemi daha çox kommersiya maraqları üzərində qurulub. Belə modeldə əsas məqsəd mümkün qədər çox sərnişin daşımaq və gəlir əldə etməkdir. Nəticədə marşrutlar əsasən sərnişin axınının çox olduğu küçələrə yönəlir, tələbatın aşağı olduğu ərazilər isə diqqətdən kənarda qalır. Bu yanaşmanın təsirləri bu gün də Sumqayıtda hiss olunur.

Vaxtilə şəhərin əsas ticarət və sosial mərkəzi Mərkəzi bazar ətrafı olduğundan, avtobus marşrutlarının böyük hissəsi Sülh küçəsi və Nərimanov küçəsi istiqamətindən keçəcək şəkildə qurulmuşdu. Lakin son illərdə şəhərdə yeni yaşayış massivləri salınıb, iri ticarət və xidmət obyektləri müxtəlif mikrorayonlarda fəaliyyətə başlayıb. Əhalinin hərəkət istiqamətləri dəyişsə də, marşrut şəbəkəsi böyük ölçüdə əvvəlki vəziyyətdə qalıb.

Bu gün Sumqayıtda elə küçələr və yaşayış sahələri var ki, oradan ümumiyyətlə ictimai nəqliyyat keçmir. Digər tərəfdən, bəzi istiqamətlərdə eyni marşrutların təkrarlanması müşahidə olunur. Nəticədə həm sərnişinlər əlavə vaxt itirir, həm də şəhərin müəyyən hissələrində nəqliyyat sıxlığı artır.

Mövcud vəziyyətdən çıxış yolu marşrut şəbəkəsinin elmi əsaslarla optimallaşdırılmasından keçir. Bunun üçün ilk növbədə sərnişin axınları təhlil edilməli, insanların daha çox hansı dayanacaqlardan istifadə etdiyi müəyyənləşdirilməlidir. Həddindən artıq uzun marşrut xətlərinin bölünməsi gecikmələrin qarşısını ala bilər. Pik saatlarda – səhər və axşam vaxtlarında avtobus sayının artırılması da vacib məsələlərdən biridir.

Şəhərdə avtobus parkının yenilənməsi də aktual problemlərdəndir. Bir çox marşrutlarda istismar müddəti faktiki olaraq başa çatmış nəqliyyat vasitələri istifadə olunur. Halbuki dünyanın əksər ölkələrində şəhərdaxili avtobusların istismar müddəti adətən 8-10 ildən artıq olmur. Məsələn, Bulvar istiqamətində fəaliyyət göstərən 6 nömrəli marşrut xəttində işləyən bəzi "Karsan" markalı mikroavtobusların texniki vəziyyəti uzun müddətdir sərnişinlərin narazılığına səbəb olur. Bu marşrutda daha tutumlu və müasir avtobusların istifadəsi artıq zərurətə çevrilib.

Digər ciddi problem isə axşam saatlarında ictimai nəqliyyatın çatışmazlığıdır. Saat 20:00-dan sonra şəhərin əksər istiqamətlərində avtobus tapmaq çətinləşir. Yalnız şəhərin "metrosu" adlandırılan 7 nömrəli marşrut gecə saatlarına qədər fəaliyyətini davam etdirir. Müasir şəhər üçün bu vəziyyət normal hesab oluna bilməz.

Müsbət məqamlardan biri isə odur ki, son dövrlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqələr keçirilir. Bu proses artıq Sumqayıtı da əhatə edib. Belə ki, 15 nömrəli (Çerkassi küçəsi – Sultan Məcid Qənizadə küçəsi) və 20 nömrəli (Kamal Axundov küçəsi – Fərman Cəfərov küçəsi) şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılıb. Gözlənilir ki, müsabiqədən sonra həmin xətlərdə avtobus parkı yenilənəcək və xidmət keyfiyyəti yüksələcək.

Şübhəsiz ki, Sumqayıtda sərnişindaşıma sahəsində müəyyən dəyişikliklər artıq başlayıb. Lakin şəhərin sürətlə böyüməsi və əhalinin artan tələbatı fonunda bu prosesin daha sürətli və sistemli aparılmasına ehtiyac var.

Sumqayıt sakinləri rahat, təhlükəsiz və müasir ictimai nəqliyyat sistemi istəyirlər. Ümid edək ki, yaxın illərdə şəhərimizin nəqliyyat xəritəsi də onun inkişaf tempinə uyğun şəkildə yenilənəcək.

Müəllif: Cabir Sultanov


18-07-2026, 12:38 145

Digər xəbərlər

33 nömrəli avtobusla bağlı sakinlərin narazılığı artır: “Uzun müddət gözləyirik"

Sumqayıt Tibb Mərkəzində qalmaqal - 13 əməkdaş qanunsuz olaraq işdən çıxarılıb

Sumqayıt Ağsaqqallar Şurasında qarşıda duran vəzifələr müzakirə olunub -FOTO

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR – Xırdalan qatarı yenidən işləyəcək-VİDEO

Sumqayıtda kafe tamamilə yanıb

Sumqayıtda ağacların qanunsuz kəsilməsi ilə bağlı araşdırma aparılır – 71 940 manatlıq ziyan

Sumqayıtda 1 nömrəli Şəhər Xəstəxanasına yeni rəhbər təyin olunub-FOTO/VİDEO

Novxanıda kirayədə yaşayan kişinin meyiti tapıldı

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1098
Dünən, 22:10
Dünən, 21:37
Dünən, 20:04
Dünən, 18:06
Dünən, 18:00
Dünən, 17:53
Dünən, 16:42
Dünən, 15:27
Dünən, 13:45
Dünən, 13:44
Dünən, 13:29
Dünən, 12:37
Dünən, 12:25
Dünən, 12:08
Dünən, 11:52
Dünən, 10:35
Dünən, 09:10
13-08-2026, 20:46
13-08-2026, 17:24
13-08-2026, 16:00
13-08-2026, 13:43
13-08-2026, 12:39
13-08-2026, 12:07
13-08-2026, 11:04
13-08-2026, 10:45
13-08-2026, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1098