Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

Azərbaycanda məktəblərin rəqəmsal infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər nəticəsində minlərlə təhsil müəssisəsi genişzolaqlı internetlə təmin olunub.

Sumqayit.tv xəbər verir ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun sözlərinə görə, hazırda ölkə üzrə məktəblərin 63 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulub.

O bildirib ki, internet bağlantısı olmayan məktəb yoxdur və rəqəmsallaşmanın əsas məqsədi bütün şagirdlər üçün bərabər təhsil imkanlarının yaradılmasıdır.

Rəqəmlərə görə, hazırda 2 857 məktəb genişzolaqlı internetlə təmin edilib. Bu isə şagirdlərin 82 faizinin yüksək sürətli internet imkanlarından yararlanmasına şərait yaradır.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə genişzolaqlı internetlə əhatə olunan məktəblərin sayı cəmi 171 idi. Son illərdə bu sahədə əldə olunan nəticələr təhsil müəssisələrinin rəqəmsal transformasiyasının sürətləndiyini göstərir.

Bundan əlavə, məktəblərin texniki bazasının gücləndirilməsi məqsədilə ümumilikdə 236 min 295 kompüterin təhsil müəssisələrinə verilməsi nəzərdə tutulur.

Təhsil rəsmisi vurğulayıb ki, rəqəmsallaşma prosesi şagirdlərin müasir bilik və bacarıqlara yiyələnməsinə, həmçinin ölkənin bütün bölgələrində keyfiyyətli təhsilə çıxış imkanlarının artırılmasına xidmət edir.


15-07-2026, 18:20 57

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104