
Sumqayıt Dövlət Universitetinin tabeliyində fəaliyyət göstərən Polimer Materialları İnstitutunda yeni təyinat olub.
Sumqayit.tv xəbər verir ki, kimya elmləri doktoru, dosent Xəyalə Allahverdiyeva institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Xəyalə Allahverdiyevanın polimer kimyası və polimer materialları sahəsində elmi-pedaqoji fəaliyyəti, elmi-tədqiqat təcrübəsi və peşəkar səriştəsi ilə institutun prioritet elmi istiqamətlərinin inkişafına töhfə verəcəyi gözlənilir.
Yeni təyinatın institutun elmi fəaliyyətinin və tədqiqat istiqamətlərinin inkişafına müsbət təsir göstərəcəyi qeyd olunur.
Bu gün, 14:11
8