
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb.
Abituriyentlər qəbul nəticələrini Dövlət İmtahan Mərkəzinin elektron xidmətlər portalı vasitəsilə öyrənə bilərlər.
Qəbul nəticələrini yoxlamaq üçün:
https://eservices.dim.gov.az/2026/netbakmus1/
Nəticələri SMS vasitəsilə də öyrənmək mümkündür. Bunun üçün iki üsul təqdim olunur:
1-ci üsul: Elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə göndərmək.
2-ci üsul: 6 rəqəmli iş nömrəsinin sonuna “8” rəqəmini əlavə edərək 7727 nömrəsinə SMS göndərmək.
Qeyd olunur ki, SMS-in bir dəfə göndərilməsi kifayətdir.
Xatırladaq ki, qəbul nəticələrinin əvvəlcə bir neçə saat sonra açıqlanacağı gözlənilirdi. Hazırda isə nəticələr artıq elan olunub.
Bu gün, 18:39
9