Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Azərbaycanda turistlərin regionlara səfərini asanlaşdırmaq məqsədilə yeni dəmiryol bileti paketlərinin yaradılması planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Proqrama əsasən, regionlarda əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının artırılması və turist səfərlərinin planlaşdırılmasını asanlaşdıran mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Bu çərçivədə dəmiryol bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, turistlər üçün gündəlik, həftəlik və aylıq dəmiryol bileti paketlərinin hazırlanması planlaşdırılır.

Həmçinin müxtəlif turizm istiqamətləri üzrə güzəştli bilet satışları təkliflərinin yaradılması nəzərdə tutulur.

Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasına turist səfərlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi, regionlarda avtobus və avtomobil əlaqələrinin yaxşılaşdırılması, eləcə də turizm informasiya xidmətlərinin genişləndirilməsi də planlaşdırılan tədbirlər sırasında yer alıb.


Bu gün, 17:17 8

Digər xəbərlər

Bu gün, 18:29
Bu gün, 17:35
Bu gün, 17:17
Bu gün, 16:07
Bu gün, 16:03
Bu gün, 14:12
Bu gün, 10:12
Bu gün, 09:31
Dünən, 16:12
Dünən, 14:31
Dünən, 14:05
Dünən, 12:55
Dünən, 12:19
Dünən, 11:32
Dünən, 11:17
18-08-2026, 23:16
18-08-2026, 18:42
18-08-2026, 16:27
18-08-2026, 15:30
18-08-2026, 13:57
18-08-2026, 13:26
18-08-2026, 12:49
18-08-2026, 12:08
18-08-2026, 12:07
18-08-2026, 11:20
17-08-2026, 18:08
17-08-2026, 18:02
17-08-2026, 15:47
17-08-2026, 14:21
17-08-2026, 14:12
17-08-2026, 13:21
17-08-2026, 12:10
17-08-2026, 11:56
17-08-2026, 11:20
17-08-2026, 11:07
17-08-2026, 10:23
17-08-2026, 01:21
15-08-2026, 21:24
15-08-2026, 20:31
15-08-2026, 16:03
1 2 3 4 5 6 7 8 9 10 ... 1100