
Azərbaycanın paralimpiya cüdoçusu, sumqayıtlı İlham Zəkiyev növbəti möhtəşəm uğuruna imza atıb.
Sumqayit.tv xəbər verir ki, Almaniyanın Heydelberq şəhərində keçirilən paralimpiya cüdoçuları üzrə Avropa çempionatında +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev qızıl medal qazanıb.
Zəkiyev yarımfinalda Böyük Britaniya təmsilçisi Daniel English üzərində ipponla qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə isə ispaniyalı Qarlos Suaresə də ipponla qalib gələn idmançı karyerasında 10-cu dəfə Avropa çempionu titulunu əldə edib.
Bu nəticə İlham Zəkiyevin Azərbaycan və Sumqayıt idmanının adını beynəlxalq arenada bir daha yüksəltməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Xatırladaq ki, İlham Zəkiyevin beynəlxalq arenada qazandığı böyük uğurlarda onun məşqçisi İbrahim İbrahimovun da əvəzsiz əməyi və böyük zəhməti var.

Bu gün, 20:31
30