
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif ölkələrdən Azərbaycana idxal olunan bitki və palma yağları ilə bağlı gücləndirilmiş nəzarət tədbirləri həyata keçirib.
Sumqayit.tv xəbər verir ki, laborator müayinələr zamanı təqdim olunan bəzi yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi – 3-MCPD (3-monoxlorpropan-1,2-diol) aşkarlanıb.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Həmçinin bəzi xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarının Azərbaycana idxalına məhdudiyyətlər tətbiq edilib.
AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.
Agentlik tərəfindən bu istiqamətdə nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilib.//Patrul.az
Bu gün, 13:45
7