Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Gəncə Şəhər Məhkəməsində təhsil eksperti Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Sumqayit.tv xəbər verir ki, proses hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub.

Məhkəmə iclasında zərərçəkən şəxslər vəsatət qaldıraraq hazırlıq kursunda dərs deyən müəllimlərlə bağlı intizam tədbirlərinin görülməsini istəyiblər.

Məhkəmə həmçinin təqsirləndirilən Gündüz Abbasovun vəzifəli şəxs olub-olmaması ilə bağlı Vergilər Nazirliyinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Daha sonra Kamran Əsədov məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.

Onun vəkili Bəxtiyar Muradov isə bəzi xəbər saytlarında məhkəmə prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayıldığını bildirərək bununla bağlı tədbir görülməsini istəyib.

Məhkəmə vəsatətlərə növbəti iclasda münasibət bildirəcək. Növbəti məhkəmə prosesi 20 avqust tarixinə təyin olunub.

Qeyd edək ki, istintaq materiallarına əsasən, qəbul və buraxılış imtahanlarında iştirak edən şəxslərə qanunsuz texniki vasitələrdən istifadə etməklə köməklik göstərilməsi ilə bağlı Kamran Əsədov və digər şəxslər barəsində cinayət işi başlanıb.

İş üzrə ibtidai istintaq başa çatdırılaraq materiallar məhkəməyə göndərilib.//AzEdu.az


Bu gün, 13:29 6

Digər xəbərlər

AQTA-dan bitki yağları ilə bağlı XƏBƏRDARLIQ: Bəzi məhsullarda təhlükəli maddə aşkarlanıb

Bakı metrosunda hərəkət dəyişir: Sumqayıtdan Bakıya gedənlərin DİQQƏTİNƏ

Kamran Əsədov məhkəmədə cinayət işinə xitam verilməsini istədi

Sumqayıtda avqust ayının pensiyaları ÖDƏNİLDİ

Sumqayıtda 27,5 milyon manatlıq layihə: 100-dən çox yeni iş yeri yaradılacaq

Novxanıda üç avtomobil toqquşdu – Xəsarət alanlar var

Sumqayıt yolunda yanğın təhlükəsi yaradan quru ot və zibillər təmizləndi

“Təmiz sahil, təmiz dəniz” – Coratda iməcilik keçirildi

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO

Sumqayıtın 5-ci mikrorayonundakı 8/2 yataqxanasında günorta saatlarında su gəlmir – Sakinlər iddia edir

Sabah Sumqayıtda 29 min abonentin qazı kəsiləcək

Sumqayıtda restorandan oğurluq edən və motosiklet qaçıran şəxslər saxlanıldı

Məktəbli formalarının qiymətləri açıqlanıb

Sumqayıtda ötən il 1 500-dən çox cinayət hadisəsi qeydə alınıb

Pensiya alanlara ŞAD XƏBƏR

Sumqayıt polisi oğurluq edən şəxsi saxladı

Sumqayıt sakinləri susuzluqdan gileylənir: “Qonşulardan su almağa məcbur qalırıq” – VİDEO

Sumqayıtda elektrik kəsintiləri niyə artır? Sakinlərin 9-cu mikrorayondan növbəti ŞİKAYƏTİ

Ronaldo Messiyə atasının vəfatından sonra dəstək oldu-FOTO

Sarayda qohumunu öldürən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

1 2 3 4 5 6 7 8 9 10 ... 1097
Bu gün, 13:45
Bu gün, 13:44
Bu gün, 13:29
Bu gün, 12:37
Bu gün, 12:25
Bu gün, 12:08
Bu gün, 11:52
Bu gün, 10:35
Bu gün, 09:10
Dünən, 20:46
Dünən, 17:24
Dünən, 16:00
Dünən, 13:43
Dünən, 12:39
Dünən, 12:07
Dünən, 11:04
Dünən, 10:45
Dünən, 10:23
12-08-2026, 20:02
12-08-2026, 17:45
12-08-2026, 16:16
12-08-2026, 15:25
12-08-2026, 15:23
12-08-2026, 14:05
12-08-2026, 13:12
12-08-2026, 12:34
12-08-2026, 12:19
12-08-2026, 12:16
12-08-2026, 12:11
12-08-2026, 10:00
12-08-2026, 01:54
11-08-2026, 20:26
11-08-2026, 17:46
11-08-2026, 16:53
11-08-2026, 16:38
11-08-2026, 15:28
11-08-2026, 14:59
11-08-2026, 13:14
11-08-2026, 11:26
11-08-2026, 11:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1097