
Yeni tədris ili ərəfəsində məktəbli formalarının qiymətləri açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, bu barədə Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, yeni tədris ili üçün bütün model və ölçülərdə məktəbli formaları hazırdır. Satış mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və kifayət qədər məhsul ehtiyatı var.
E. Əzimov bildirib ki, ötən tədris ili üçün müəyyənləşdirilən endirimli qiymətlər bu il də dəyişdirilməyib.
Beləliklə, məktəbli formalarının qiymətləri belədir:
Qiymətlər əsasən 26-54 ölçü aralığına aiddir.
Qeyd olunub ki, 56, 58 və 60 ölçülü şalvar, ətək və köynəklərin qiymətinə istifadə olunan əlavə parça sərfiyyatına görə 5 manat əlavə ödəniş edilir.
Bakı Tikiş Evinin nümayəndəsi həmçinin satış mərkəzlərindən alınan məktəbli formalarına 1 il zəmanət verildiyini bildirib.//İqtisadiyyat.az
Bu gün, 13:43
7