
Sumqayıt şəhərində 2025-ci il ərzində qeydə alınan cinayət hadisələrinin sayı açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə “Azərbaycan Hüquqpozmalar” statistik məcmuəsinə əsasən, ötən il ölkə üzrə ümumilikdə 31 852 cinayət hadisəsi qeydə alınıb. Onlardan 4 375-i ağır və xüsusilə ağır cinayətlər olub.
Abşeron-Xızı iqtisadi rayonunda isə 2025-ci il ərzində ümumilikdə 3 390 cinayət hadisəsi qeydə alınıb.
Statistikaya görə, hadisələrin 1 797-si Abşeron rayonunun, 1 537-si Sumqayıt şəhərinin, 56-sı isə Xızı rayonunun payına düşüb.
Beləliklə, Sumqayıt Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınan cinayət hadisələrinin sayına görə ikinci yerdə qərarlaşıb.
Qeyd olunan rəqəmlər 2025-ci il ərzində qeydə alınmış cinayət hadisələrinin ümumi sayını əks etdirir.
Bu gün, 12:39
7