
Azərbaycan və Ukrayna arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair saziş təsdiqlənib.
Sumqayit.tv xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Sazişə əsasən, iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulur.
Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının icrasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi təmin edəcək.
Qeyd edək ki, sənəd 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.
Bu gün, 15:45
10