
Azərbaycanda ən yüksək maaş təklif olunan vakansiyaların hansı sahələrə aid olduğu açıqlanıb.
Sumqayit.tv xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi Report-un sorğusuna cavab olaraq bildirib ki,
Məlumata görə, yüksək maaşlı vakansiyalar arasında daha çox şöbə rəisi, maliyyə departamentinin direktoru kimi rəhbər vəzifələr yer alır.
Bununla yanaşı, xidmət, ticarət, istehsal, kənd təsərrüfatı və digər istiqamətlər üzrə də yüksək maaşlı iş təklifləri mövcuddur.
Agentlik qeyd edib ki, vakansiyalar üzrə əməkhaqqı məbləği işəgötürənlər tərəfindən namizədin təhsil səviyyəsi, peşə bacarıqları, iş təcrübəsi, vəzifənin məsuliyyəti və digər meyarlar nəzərə alınmaqla müəyyən edilir.
İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.
Bu gün, 15:39
10