
Sumqayıt Sənaye Parkında xüsusi növ faneraların istehsalı üzrə yeni layihə həyata keçiriləcək.
Sumqayit.tv xəbər verir ki, "Samvud Group" MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyin verilib.
İZİA-nın yaydığı məlumata görə, 8,2 milyon manat investisiya dəyərinə malik layihə çərçivəsində xüsusi növ faneraların istehsalı təşkil olunacaq.
Layihənin icrası nəticəsində 100-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, Sumqayıt Sənaye Parkı ölkənin qeyri-neft sənayesinin inkişafında mühüm rol oynayan sənaye zonalarından biridir və burada müxtəlif sahələr üzrə istehsal layihələri həyata keçirilir.
Bu gün, 11:18
6